Rusiya sərnişin yox, ABŞ kəşfiyyat təyyarəsini vurub!

BUSP-az.com Sputnik-ə istinadən xəbər verir: 1983-cü il 1 sentyabrda Saxalin üzərində Cənubi Koreyanın Boeing 737 sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması dünyada nifrətlə qarşılandı. Amma Sovet hava sərhədini pozan təyyarədəki 269 nəfərin cəsədi tapılmadı!! Neytral sularda 2 ay davam edən axtarış heç bir nəticə verməmişdi. Ekspertlərin versiyası bu oldu ki, vurulan sərnişin təyyarəsi yox, ABŞ-a məxsus kəşfiyyat təyyarəsi olub. Vaşinqton Moskvanı gözdən salmaq üçün sərnişin təyyarəsini öz bazasına endirib və 269 nəfəri sakitcə Yaponiyadan yola salıb. Sərnişinlərə susmaq əmri verilib! Hadisə baş verən gün qəza rayonunda ABŞ kəşfiyyatının Boeing 737 təyyarəsi də olub və bu iki təyyarəni fərqləndirmək asan iş deyildi. Rusiya lokatorlarında iki təyyarənin yolu kəsişib və ruslar casus təyyarəni hədəfə alıb. Sərnişin təyyarəsinin bilərəkdən yanaşı hərəkəti təxribat xarakteri daşıyıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir