Senat: Trampı özbaşına buraxmaq olmaz!

BUSP-az.com Segodnya.ua-ya istinadən xəbər verir: ABŞ-ın qalmaqallı prezidenti Donald Trampın ötən fəaliyyətləri sübuta yetirdi ki, onun ağılsız qərarları sadə ABŞ vətəndaşlarının həyatı üçün təhlükə yaradır. Trampın prezidentlik dövründə Amerikanın beynəlxalq nüfuzu iki dəfə aşağı düşüb. Onun ağılsız qərarları arasında Fələstinin paytaxtı Qüdsün İsrailin paytaxtı kimi tanınması, Avropa ölkələri də daxil olmaqla dünya ölkələrinə qarşı sanksiyalar, gömrük rüsumlarının artırılması, İranın rəsmi ordu komandanın xarici səfərdə terror edilməsi bu şəxs üçün şəxsiyyət vəsiqəsinə çevrilib. Trampın düşüncəsiz qərarlarından ehtiyatlanan ABŞ senatı bu şəxsin İrana qarşı güc tətbiq etmək səlahiyyətini məhdudlaşdırıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir