Sietl polisi qəddar təmizləmə əməliyyatı keçirir

BUSP-az.com USAtoday-ə istinadən xəbər verir: Amerikada Floyd hərəkatının əsas qaynar nöqtəsinə çevrilmiş Sietl şəhərində qəddar təmizləmə əməliyyatına başlanılıb. Bir neçə həftə davam edən, 4 güllələnmə ilə nəticələnən aksiyalar şəhər polis rəisi Karmen Bestin verdiyi məlumata əsasən dağıdılacaq. Artıq sübh vaxtı polis 13 nəfəri həbs edib. Şəhər meri Cenni Durkan aksiyaları qeyri-qanuni aksiya adlandırıb. Əslində Sietl mərkəzi hökumətin nəzarətindən çıxmışdı. Amma söhbət bu hökumətin irqçi, ədalətsiz hökumət olmasından gedir. Aksiyaların məqsədi Amerikada hər gün güllənən qaradərililərin hüquqlarını bərpa etməkdir.
Xatırladaq ki, Sietldə aksiyaçılar şəhəri avtonom elan etmiş, hətta küçələrdəki tabloları dəyişmişdilər. Şəhərdə polis idarəsinə hücum olmuşdu. Mer bildirir ki, şəhərdəki atışmalar cinayətkar qruplar arasında olub və iki qaradərili yeniyetmə öldürülüb. Şəhər meri cəhd etsə də küçələrdəki barrikadaları yığışdıra bilmədi. Tramp aksiyaçıları “daxili terrorçu” adlandırdı və ən sərt tədbirlərə göstəriş verdi. Son xəbərlərə görə, polis əhaliyə divan tutub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir