Starbucks, Hershey, Coca-Cola Facebook-u boykot edir!

BUSP-az.com NewsInfoPark.com-a istinadən xəbər verir: Starbucks, Hershey, Coca-Cola-nın Facebook-u boykot kampaniyası genişlənməkdədir. Facebook-un anonslaşdırılan islahatları bu şəbəkəyə böyük maliyyə problemi yaşada bilər. Starbucks, Hershey, Coca-Cola-nın Facebook-da reklam yerləşdirməmək çağırışına qoşulanların sayı artır. Facebook-un baş direktoru Mark Zukerberq şəbəkədə nəhəng brendlərə qarşı sözdə qadağa qoymaqdan imtina edib. Starbucks, Hershey, Coca-Cola kimi brendlər Facebook-u öz iradələrinə tabe etdirmək istəyir. Məhsullarında insan sağlamlığına zərərli maddələr olan və Dünya Səhiyyə Təşkilatı səviyyəsində ittiham olunan brendlər özünü dünyanın sahibi kimi aparır, tənqidə yolu bağlamaq istəyir.
Facebook ildə reklamdan 70 mlrd dollar qazanır. Brendlərin Facebook-u boykot etməsi şəbəkənin qazancına təsirsiz ötüşməyəcək. Starbucks, Hershey, Coca-Cola-nın Facebook-a qarşı çıxmasından sonra şəbəkənin səhmləri Nasdaq birjasında 8 % aşağı enib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir