Suriyada ABŞ hərbçiləri itkin düşüb

BUSP SANA-ya istinadən xəbər verir: Suriyada Amerika hərbçiləri itkin düşüb. Deyr-əz-Zur əyalətində ABŞ-ın hərbi Hammer maşınına hücumdan sonra iki ABŞ əsgərinin yoxa çıxdığı bildirilir. Hadisə barədə məlumat verən SANA agentliyi bildirir ki, amerikalılar Tanak istiqamətində Omar yatağında kəşfiyyat zamanı hücuma məruz qalıb.
Amerika ictimaiyyəti Tramp hökumətinin ABŞ hərbiçilərinin taleyinə biganəliyindən narazıdır. 26 hərbi gəmidə koronavirusun tüğyan qoparması, amma gəmi heyətinin gəmilərdə həbsdə saxlanılması ardınca Suriyada hərbçilərin itkin düşməsi bu narazılıqları daha da gücləndirib. İraq və Suriyada müqavimət cəbhəsinə məğlub olan Tramp hərbçiləri qurban vermək bahasına da olsa, bu ölkələrdən çıxmaq istəmir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir