Texasda növbəti atışma

BUSP-az.com Sputnikə istinadən xəbər verir: Amerikada nisbi stabillik dövründə də odlu silahla qətllər ara vermirdi. Ailə, narkotika, irqi zəmində insanlara atəş açılırdı. Bu dəfə Texasda sərxoş olduğu üçün bara buraxılmayan şəxs maşınının yük yerindən odlu silah götürüb və ətrafdakılara atəş açıb. Səkkiz nəfər yaralanıb. Texasın San-Antonio məntəqəsində baş vermiş hadisədə ölən olmadığı deyilir. Corc Floydun polis tərəfindən qətlə yetirilməsi ardınca ölkəni bürüyən etiraz aksiyalarından sonra ölkədə kriminogen vəziyyət çox ağırlaşıb. Yüzdən çox polis qətlə yetirilib. Amma aksiyaçılar arasında ölənlərin sayı açıqlanmır. Əgər hər səhnədə polisin insanlara hücumu müşahidə edilirsə demək dinc əhali arasında ölənlərin sayı qat-qat artıqdır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir