Tramp Amerikanın qapısını dünyaya bağlayır!!

BUSP NovayaGazeta-ya istinadən xəbər verir: ABŞ-ın qalmaqallı prezidenti Donald Tramp hakimiyyətə gəldiyi gündən mahacirlərə münasibətdə aqressivlik nümayiş etdirir. Dünya ölkələri ilə sanksiya dilində danışmaq Trampın xarici siyasətinin əsasını təşkil edir. COVİD-19 pandemiyası Tramp üçün yeni bəhanə olub. ABŞ prezidentinin imzaladığı yeni memoranduma görə, hökumət öz vətəndaşını ABŞ-dan geri çağırmayan hökumətlərə sanksiya tətbiq edə bilər. Sənəd Ağ Evin saytında dərc edilib. Sənəddə deyilir ki, vətəndaşını ölkəsinə qaytarmayan hökumətlər amerikalıların sağlamlığı üçün təhlükə yaradır. Hökumət ABŞ-da vətəndaşı olan ölkələrin siyahısını hazırlayır. Siyahı hazır olan kimi sanksiyalar başlayacaq. Memorandum 2020-ci ilin sonuna qədər qüvvədədir. Rusiya səfirliyi bildirib ki, hazırda 2 min Rusiya vətəndaşı ölkəsinə qayıtmaq üçün müraciət edib.
Tramp son tvitində Amerikaya mühacirəti dayandırmaq barədə göstəriş verəcəyini yazıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir