Tramp Amerikaya ordu yeritdi!

BUSP 73online.ru-ya istinadən xəbər verir: Nyu-Yorkda, Vaşinqtonda, Kaliforniyada koronavirus pandemiyası əsil fəlakətə çevrilməkdədir. ABŞ prezidenti Tramp koronavirus böhran yaşanan şəhərlərə ordu yeridib. Tramp Ağ Evdə brifinqdə deyib: Bu müharibədir, heç vaxt görmədiyimiz başqa bir növ müharibə!
Ordu nə etməlidir? Tibbi personalın, səhiyyə sisteminin aciz qaldığı bir şəraitdə Tramp xalqı evlərdə həbs etməyi yeganə çıxış yolu kimi görüb. Əslində bu başqa ölkələrin təcrübəsidir. Sadəcə ABŞ-da bu rejimi ordusuz tətbiq etmək qeyri-mümkündür. Xalq, o cümlədən Nyu-York, Vaşinqton əhalisi ordunun şəhərə daxil olmasını təşviş və maraqla izləyir, lentə alır. Bu gün əhalini ən çox narahat edən məsələ ərzaq təminatıdır. Qablaşdırılmış ərzaq, konserv istehsalında fasilə yaransa əhali aclıqdan öləcəyini düşünür.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir