Tramp dünyanın əsas dərdidir!

Əgər cəmi 6 ay qabaq ABŞ prezidenti Donald Trampa münasibətdə tərəfdarlar və müxaliflər adlı iki cəbhə var idisə, bu gün bütün dünya Amerika prezidentini dünyanın yaşadığı ağrıların əsas səbəbkarı sayır. Trampa qədər zülmü, işğalı, iqtisadi mühasirəni onun qədər açıq dəstəkləyən olmayıb. Məhz Tramp işğal olunmuş Qüdsü sionist İsrailin paytaxtı kimi tanıdı. Məhz Tramp imperializm və sionizmə qarşı müqavimət cəbhəsinin komandanı olan general Qasim Süleymanini aşkar şəkildə terror etdi. Məhz Tramp iqtisadi sanksiyalar vasitəsilə siyasi imtiyazlar almaq istədiyini açıq elan etdi.
Hazırda dünya virusla mübarizə aparır. Uzaqgörən siyasətçilər Ağ Evdə dəyişiklikləri proqnozlaşdırır. Dünya mediası demokratların prezident seçkilərində qələbəsinə dəstək verir.
İngiltərənin “The Guardian” nəşriyyəsi seçkiqabağı kampaniyada açıq şəkildə demokratları təbliğ edir. Jurnalist Saymon Tisdall öz məqaləsində Trampı ABŞ hökumətinin bütün səhvlərinin əsas səbəbkarı sayır. Jurnalist yazır: “Tramp hakimiyyətə gələndə çoxlarını bu sual düşündürürdü ki, əvvəllər uğurlu biznesmen və menecer olmuş Tramp böyük krizislə qarşılaşsa bunun öhdəsindən gələcəkmi? Artıq bu sualın cavabı məlumdur. Covid-19 onu xaos kralına çevirdi.”


Artıq Amerikada epidemiya böhranının əsas müqəssiri kimi Trampı görürlər. Bəli, Tramp virusdan hər ölümə görə cavabdeh deyil. Amma bütün bu faciələr onun hakimiyyəti dövründə baş verir.
Qərb mətbuatı yazır: “Koronavirus pandemiyası yoxsul təbəqə ilə varlı təbəqə arasındakı uçurumun faciəli dərinliyini üzə çıxardı. Reutersdə Jeenah Moon yazır ki, Trampı iqtisadiyyatın dirçəlişi yox, ikinci dəfə seçilmək maraqlandırır. Onun ikinci günahı Ümumdünya Səhiyyə Təşkilatına üzvlük haqqını ödəmək istəməməsidir.” Müəllif etiraf edir ki, ÜST epidemiyanın dəyərləndirilməsində və mübarizənin təşkilində ciddi səhvlərə yol verib. Təşkilat virusdan ən böyük zərər çəkə biləcək yoxsul ölkələri nəzarətə götürə bilməyib. Tramp anlamır ki, yüz minlərlə insanın həyatı onun təşkilata üzvlük haqqı verməməsindən asılıdır.
Bu günə qədər dünyada hər hansı virusun yayılmasına görə konkret bir ölkə müqəssir sayılmayıb. Bu yalnız o zaman ola bilər ki, virus bioloji silah kimi hazırlansın. Amerika özü bioloji silah hazırlamaqda ittiham edildiyi bir vaxtda Covid-19-a görə Çini müqəssir sayır. Əslində Tramp seçkilərdə əsas rəqibi Co Baydenin Çinə dəstək verməsinə bu şəkildə reaksiya verir. Tramp deyir ki, Bayden Amerikanı məhvə aparan Çinin maraqlarından çıxış edir. Demək, ABŞ prezidenti yenə də seçkini udmaq məqsədi ilə Çini ittiham edir.


Qərb mətbuatı Trampın növbəti dörd ilə seçilməsini bəşəriyyət üçün təhlükəli sayır. Tramp öz şoumen təfəkkürü ilə hesab edir ki, minlərlə insanın virusdan öldüyü zamanda lazım gələrsə qanunu da öldürmək olar.
Bu arada Publico nəşriyyəsində “ABŞ bioloji silahı öz əhalisi üzərində sınaqdan keçirib” adlı məqalə çap olunub. Müəllif 1920-ci ildən başlayaraq ABŞ əhalisi üzərində keçirilmiş onlarla kimyəvi və bioloji silah sınağından danışır. Hətta Amerika 1947-ci ildə Nürenberq kodeksini qəbul edəndən sonra Pentaqon bu sınaqları dayandırmayıb. Kodeks alman və yapon ölüm düşərgələrində insanlar üzərində aparılan təcrübələr əsasında hazırlanıb. Kodeksə əsasən təcrübə yalnız könüllülər üzərində aparıla bilər, könüllülər təcrübənin mümkün acınacaqlı sonluğu ilə tanış olmalıdır. Bununla belə, 1950-ci ildə ABŞ-da bəşər tarixinin ən masştablı eksperimentlərindən biri aparıldı. Sea-Spray adlanan əməliyyatda San-Fransiskoda 800 min əhalinin yerləşdiyi ərazi üzərində Serratia Marcescens və Bacillus Globigii bakteriyaları çiləməklə buludlar yaradıldı. Təlimin məqsədi bioloji hücuma məruz qalmış böyük şəhərlərin yoluxmasına təsir edən külək kimi faktorların öyrənilməsi idi. Eksperiment nəticəsində bakteriyaya yoluxanların dərisində qırmızı ləkələr yaranmışdı. 11 insan sidik yolları zədələnmiş vəziyyətdə Stenford hospitalında yerləşdirilmişdi. Bir nəfər həlak olmuşdu.
Sea-Spray eksperimenti ABŞ hökumətinin öz əhalisi üzərində bioloji silah sınaqdan keçirdiyi son eksperiment olmadı. Eksperimentlər davam edirdi. 90-cı illərdə isə yeni kimyəvi silah Texas həbsxanalarında məhbuslar üzərində təcrübədən keçirildi. Sonradan bu silah İraqda mülki əhaliyə qarşı tətbiq edildi.
Pentaqon 2013-cü ildə gizli bioloji müharibə proqramına 300 mln dollar ayırdı. Sizcə, bu eksperiment harada həyata keçirilib? Rusiya ilə sərhəd ərazidə, Tbilisidə (Gürcüstan) ABŞ-ın əsas profil laboratoriyasında!

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir