Tramp irqçilik layihələrini gücləndirməkdədir

BUSP BBC.com-a istinadən xəbər verir: Bir çox ölkələrin elit təbəqəsi ABŞ vətəndaşlığına malik olmağı imtiyaz sayır. Amerika qanunlarına görə bu ökədə doğulan uşaq valideynlərinin ABŞ vətəndaşı olmamasından asılı olmayaraq müəyyən idari mərhələlərdən sonra Amerika vətəndaşı olur. Elə buna görə də bir çox imkanlı ailələr doğuşdan qabaq Amerikaya səfər edir. Amerikanı eynən İsrail kimi irqçi ölkəyə çevirməkdə olan Donald Tramp hamilə qadınlara viza verilməmək qərarına gəlib. Tramp administrasiyası Amerikaya doğum üçün gələn xarici ölkə vətəndaşlarına turist vizası verilməməsini rəsmiləşdirir. Maraqlıdır ki, məqsədi ABŞ-da doğmaq olmayan hamilə qadınlar da bu ölkəyə səfər edə bilməyəcək? Dövlət departamentinin verdiyi məlumata əsasən bundan sonra konsulluqda viza sorğusunda qadınlar bu mövzuda sualları cavablandırmalı olacaq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir