Tramp TikTok-a qadağanı nə üçün ləğv etdi?

BUSP-az.com AmericaRu-ya istinadən xəbər verir: Tramp TikTok-la sövdələşməyə xeyir-dua verib. ABŞ prezidenti şənbə günü elan edib ki, Oracle-nin ByteDance-dən TikTok-u almasına icazə verib və TikTok proqramının Amerika mağazalarında satışına qadağanı aradan qaldırıb. Ticarət Nazirliyi təsdiqləyib ki, Tramp TikTok-a məhdudiyyəti təxirə salıb. ByteDance TikTok-un majoritar sahibi kimi qalacaq. Tramp deyib: Mən bu sövdələşməyə xeyir-dua verdim. Əlbəttə ki, onlar bu işi biz istədiyimiz kimi görməlidir!
Tramp əvvəlcə qərar çıxarmışdı ki, TikTok Amerikada Apple və Google-nin idarə etdiyi bütün mağazalardan çıxarılsın. Bəs necə oldu ki, mövqe dəyişdi? Əslində ABŞ TikTok kimi əxlaqsız proqramların yayılmasına dəstək verir. Problem sadəcə bu proqramı Çindən birdəfəlik almaq idi. Nəhayət, sövdələşmə baş tutdu!!

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir