Trampı kino səlnaməsinə qatan səhnə kəsilib atılır!

BUSP-az.com Forbes-ə istinadən xəbər verir: Kris Kolumbusun 1992-ci ildə çəkdiyi “Evdə tək 2: Nyu-York sərgüzəştləri” (Home Alone 2: Lost in New York) filmində qalmaqallı ABŞ prezidenti Tramp da ötəri görünür. O zaman çəkilişdə yer almış Plaza otelinin sahibi olan Tramp tələb edib ki, onu da kadra salsınlar. Beləcə 10 saniyəlik sekansa düşən Trampın bioqrafiyasına “aktyorluq” da yazılır. İndi isə siyasi, ictimai, individual iflas yaşayan Trampı hamı özündən kənarlaşdırır. Filmdə baş rola çəkilmiş Makoley Kalkin (Macaulay Culkin) də sekansın filmdən çıxarılmasını istəyib. Artıq kino fanatları Trampın silindiyi fraqmenti sosial şəbəkələrdə paylaşır. Tvitterdə Kalkin bu düzəlişə “bravo” yazıb keçib. People jurnalı yazır ki, rejissor Kris Kolumbus Trampın özünü filmə zorla yamadığını bildirib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir