Trampın Avropaya zərbəsi

BUSP-az.com RİA-ya istinadən xəbər verir: CNN iddia edir ki, ABŞ prezidenti Trampın Amerika hərbçilərini Almaniyadan çıxarmaq qərarı onun RF prezidentinə son hədiyyəsidir. ABŞ Avropada uzun müddət sülhün təminatçısı olub və son qərar Almaniyaya cəza kimi dəyərləndirilə bilər. Almaniya Rusiyadan neft almağın bədəlini ödəyir. Almaniya ekspertləri hesab edir ki, Trampın bu addımı əslində NATO-ya zərbə sayılmalıdır.

Pentaqon başçısı Mark Esper elan etmişdi ki, Almaniyadan 12 min ABŞ hərbçisi çıxarılacaq və onların 6,4 mini evə gedəcək, qalanı İtaliya və Belçika daxil olmaqla Avropa ölkələrinə köçürüləcək. Sputnik xəbər verir ki, Tramp Almaniyanı Rusiyadan qorumağı öz vəzifəsi hesab etmir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir