Trampın Çin banklarında hesabı var!

BUSP-az.com AFP-ə istinadən xəbər verir: ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca namizədlərin bir-birinə qarşı ittihamları da sərtləşir. Trampın Bayden ailəsini korrupsiyada ittihamına cavab olaraq The New York Times Trampın Çin banklarındakı hesablarından yazıb. The New York Times-in açıqlamasına görə hesablar Tarmpın International Hotels Management LLC firmasınını şöbələrinə məxsusdur. Firma Çində 2013-2015-ci illərdə 188 min dollar vergi ödəyib. Trampın prezidentliyinin ilk ilində firma Çində 17,5 mln dollar qazanıb. Demokratlar iddia edir ki, Tramp prezident olduğu dövrdə Çində pul qazanıb. Tramp International Hotels Management LLC firmasının qazancının hansı hissəsinin Çindən gəldiyini açıqlamayıb. Trampın vəkili Alan Qarten bildirib ki, Çin bankında hesab Asiyada otel işinin perspektivlərini öyrənmək üçün açılıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir