Vaşinqton İranla müharibədən qorxur

BUSP AiF-ə istinadən xəbər verir: TASS informasiya agentliyinin Tehran müxbiri, ekspert Smaqin ABŞ-İran münasibətlərindən danışıb. Amerikanın hədələrinə baxmayaraq İranda gündəlik həyat öz qaydası ilə davam edir. İranlılar Amerikaya inanmır. Buna görə də hadisələrin necə inkişaf edəcəyi məlum deyil. Amerika terrorun bir nömrəli düşməni general Süleymani ilə terror lideri Əl-Bağdadi kimi rəftar etdi. Amerika əhalisi bunu fərqləndirmir. Adətən Trampı tənqid edən “The New York Times” da Süleymaninin terroru ilə bağlı Trampa bəraət qazandırıb. ABŞ hökuməti başa düşür ki, İranla müharibə İraq müharibəsinə bənzəməyəcək. İran daha güclü və daha müasir silahlara malikdir. İranın Suriya, Yəmən və İraqda dayaqları var. Trampın bəyanatlarından belə görünür ki, o İranla müharibədən qorxur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir