Vaşinqtonun narkotika bazarı

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) sözdə dünyada, əsasən də Əfqanıstanda tiryək əkinini azaltmağa çalışdığını iddia etsə də, əslində narkotika istehsalının artmasına səbəb olur. Əfqanıstanın Bərpası üzrə Xüsusi Baş İnspektorun (SİGAR) ABŞ konqresinə təqdim etdiyi hesabatda deyilir ki, USAID öz vəzifəsinin ziddinə olaraq narkobiznesi genişləndirib və tiryəkin Əfqanıstanda yalnız Talibanın nəzarəti altında olan yerlərdə  becərilməsi yalan məlumatdır. Ekspertlər bildirir ki, amerikalılar narkotrafikin artmasına göz yummağın əvəzində yerli tayfalarla münasibəti normallaşdırır. SİGAR bilidir ki,  2016-cı illə müqayisədə 2018-ci ildə tiryək sahələri 328 min ha genişləndirilib. BMT-nin narkotika və cinayətkarlıq üzrə idarəsi bildirir ki, xam tiryək istehsalı iki ildə 9 min tona qədər artıb. USAID-nin “Qəndəhar ərzaq zonası” layihəsinə (2013) 45, 4 mln dollar ayrılıb. Layihənin əsas məqsədi Qəndəharda tiryək əkinini ixtisara salmaq olub. 2013-cü ildə Jarey dairəsi tiryək becərilməsində lider olmuşdu. Layihədə bu dairədə iş görmək nəzərdə tutulurdu. USAID bildirir ki, bu dairədə tiryək əkini sahələri 7017 ha-dan 7650 ha-a çatıb. SİGAR-ın hesabatında deyilir ki, ABŞ-ın antinarkotika layihələrində fırıldaqçılıq və israf səbəbindən 15,5 mlrd itirilib. Ekspertlər iddia edir ki, bu itkilər məqsədli şəkildə olub. ABŞ nakotrafikə göz yummaqla Əfqanıstan əhalisinin dəstəyini qazanmaq istəyir. Həm də Mərkəzi Asiya və Rusiyaya narkotrafik ABŞ-ı razı salan hadisədir. Üçüncü amil də var. Amerikada ən ucuz heroin Əfqanıstan heroinidir. Əfqanıstandan ABŞ-a narkotrafik olmadığı halda bu heroin necə daşınır? Şübhə ABŞ hərbçiləri üzərinə gəlir.

Amerika dünyanın əsas tiryək istifadəçilərindəndir. Prezident Tramp Amerikanı “dünyanın böyük narkotika istifadəçisi” hesab edir. 2017-ci ilin statistikasına görə ABŞ-da gündə 144 nəfər artıq narkotika istifadəsinə görə ölür. 144 nəfərdən 91 nəfəri tiryək mənşəli maddələrdən istifadə edənlərdir. 70-ci illərdə ABŞ səhiyyəsi sayı həddi aşan xroniki ağrılara ağrıkəsici preparatlarla – opioidlərlə cavab verdi. Xəstələr daha çox heroinə aludə oldular.

Virciniya artıq narkotika istifadəsindən ölənlər üzrə lider sayılır. Hazırda ABŞ bazarında ən populyar narkotik sakitləşdiricilərdən biri oksokontindir. ABŞ-da narkotik mənşəli dərmanlara məhdudiyyət yoxdur. ABŞ Yeni Zelandiyadan sonra ikinci ölkədir ki, nüsxə ilə satılan dərmanlar televiziyada reklam edilə bilər.

Amerika siyasətçiləri düşünür ki, istər ölkə daxilində, istər xaricdə tiryək, narkotik maddələr onlara zərər gətirməyib. 18-ci əsr Çində qızıl əsr adlandırılır. O zaman Çin Avropaya, əsasən də Britaniyaya çay, farfor, ipək satır, amma heç nə almırdı. Çin imperatoru Xunli Britaniya kralı 3-cü Georqa açıq elan etmişdi ki, bizim sizdən nəsə almağa ehtiyacımız yoxdur. İngilislər baş sındırdılar və Benqaliyada becərilən tiryəklə Çinin dəmir qapılarını sındırdılar. Çinlilər tiryəkdən imtina edə bilmədi. 19-cu əsrdə tiryək Çinin 11 faiz gümüş ehtiyatını  Britaniyaya ötürdü. Tiryək alveri Britaniyanın ümumi qazancının 15-20 faizini təşkil edirdi. 1839-1842-ci illər Britaniya-Çin Tiryək Müharibəsi kimi tarixə düşüb. Həmin illərdə Çin xalqı tiryəkə əsir olmuşdu və oyunu Britaniya idarə edirdi. 19-cu əsrdə Çində 15 mln narkoman olduğu yazılır. 19-cu əsrdə bütün sahələrdə olduğu kimi narkotika sahəsində də ABŞ bayrağı Britaniyadan təhvil aldı. Əlbəttə ki, amerikalılarla ingilislər arasında tiryək bazarına nəzarət üçün döyüşlər də olub. Amerikalılar tiryəki Türkiyədə alıb Çində satırdılar. 1839-ci ildə Quançjoudakı bütün ABŞ şirkətləri narkotika alveri ilə məşğul idi.

Bəli, amerikalılar narkotikadan həmişə qazanıb. İlk ABŞ multimilyarderi Con Ceykob Astor 1816-cı ildən Çində narkotika satıb. Onun American Fur Company şirkəti birdəfəyə 10 ton Türkiyədən aldığı tiryəki Quançjouda reallaşdırıb.

Qayıdaq Əfqanıstana. Amerika Əfqanıstan tiryəkindən qazanır. Öncə nüfuz qazanır. Amerika 2001-ci ildə Əfqanıstana müdaxilə edəndən sonra bu ölkədə on il ərzində tiryək istehsalı 40 dəfə artıb. Dünyanın xam tiryək ehtiyacının 74 faizini (90 faiz də deyilir) Əfqanıstan təmin edir. Dünyanın iki əsas narkotika istehsalı mərkəzi var: heroin üzrə Əfqanıstan və kokain üzrə Cəbubi Amerika. ABŞ-a narkotika Cənubi Amerikadan gəlir. Amma Əfqanıstan heroininin də ştatlarda öz bazarı var. Bu ən ucuz heroindir. Maraqlıdır ki, Rusiyaya həm Cənubi Amerikadan, həm də Əfqanıstandan narkotika gedir. Əslində ABŞ üçün narkotika düşmənlərinə qarşı təsirli silahdır. ABŞ-ın ideoloji düşməni İranda son 5 ildə qiyməti 50 dəfə qalxmayan bir məhsul olmadığı haldı narkotika 10 il qabaqkı qiymətinə satılır!! Çünki ABŞ və onun pərdəarxası ağası İsrail belə istəyir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir