Yeniyetmə qızların marixuana şəbəkəsi aşkarlandı

BUSP AmericaRu.com-a istinadən xəbər verir: Corcia ştatında şirniyyat satan qızlar qrupu böyük məharətlə şirniyyatların arasında marixuana yerləşdirib müştərilərinin işini asanlaşdırıblar. Andersonvill rayonunda 33-cü dispanserin yaxınlığında polis tərəfindən izlənilən qızlar 4 saat ərzində 430 qutu marixuana yerləşdirilmiş şirniyyat satıb.
Amerikada marixuanadan istifadə və onun satışının leqallaşdırılması hərəkatı güclüdür. Əhalinin böyük bir hissəsi marixuanadan istifadə edir və onu əldə etməklə bağlı çətinlik yaşayır. Hətta prezidentliyə namizədlər seçki marafonunda adətən marixuananı leqallaşdıracağını vəd edirlər. Yeniyetmə qızların şirniyyat qutularında marixuana satması Amerika cəmiyyətində heyrətdən çox rəğbətlə qarşılanır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir