214 min qurban: ABŞ Yaponiyaya nə üçün atom bombası atıb?

BUSP-az.com Ria-ya istinadən xəbər verir: 1945-ci il 6 avqustda bəşər tarixinin ən böyük cinayəti baş verdi. Amerika Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atdı: 214 min insan həlak oldu, 75 ildir insanlar nəsil-nəsil şüalanmadan əzab çəkir.
RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəşər tarixinin ən böyük cinayətinin ildönümü astanasında hadisəyə münasibət bildirib: “Amerikanın məqsədi Sovet İttifaqını qorxutmaq idi. O dəhşətli bombardmanda yaponların həlak olmasına hərbi əməliyyatlar bəhanəsi ilə bəraət qazandırmaq olmaz.”
ABŞ 16 iyul 1945-ci ildə ilk atom bombasını sınaqdan keçirdi. Həmin il 6-9 avqustda Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə bomba atdı. Həlak olanların əksəri mülki sakinlər idi.
Sovet İttifaqı Amerikaya cavabını yubatmadı: 29 avqust 1949-cu ildə ilk atom bombasını sınaqdan keçirdi.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir