99 dollara ABŞ-ın məşhur kinoteatrını arendala!

BUSP-az.com AmericaRU-ya istinadən xəbər verir: Koronavirus bəlkə də ən böyük sürprizlərini Amerikaya yaşadıb. İqtisadi böhran yaşayan ABŞ Covid-19-dan sonra daha böyük fəlakətlərlə üzləşib. Ötən gün Amerika mediasında ən maraqlı xəbər məşhur “AMC Theaters” kino zalının öz salonunu cəmi 99 dollara arendaya verməsi xəbəri olub. Pandemiya dövrünün Amerikaya gətirdiyi ənənələrdən biri də şəxslərin kino zalını təkbaşına arendaya götürməsi, izdihamsız salonda filmi tək seyr etməsi olub. AMC Theaters-ın rəsmi saytı yazıb ki, zalı 20 nəfərə qədər tamaşaçı arendaya götürə bilər, qiymət 99-349 dollardır!
Bəli, can üstündə olan kinoteatrlar ömrünü bir saat da olsa uzatmaq istəyir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir