ABŞ Əfqanıstana 3 min hərbçi göndərir

BUSP-az.com AiF-ə istinadən xəbər verir: ABŞ Müdafiə Nazirliyinin mətbuat-katibi Con Kirbi qarşıdakı iki gündə Kabilə 3 min hərbçi göndəriləcəyini bildirib. Hazırda Kabildə 650 ABŞ hərbçisi var. Məqsəd ABŞ səfirliyinin əməkdaşlarını qorumaq, onları Əfqanıstandan çıxarmaqdır. Britaniya Müdafiə Nazirliyi bildirib ki, bu ölkə də öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Əfqanıstana 600 hərbçi göndərir. Britaniya səfirliyində ölkədən çıxanlara konsulluq xidməti göstərmək üçün bir neçə əməkdaş qalacaq.

Hazırda Əfqanıstanda hökumət qüvvələri ilə Taliban arasında qızğın döyüşlər gedir. Taliban ölkənin əhəmiyyətli bir hissəsini nəzarətə götürüb. Talibanın siyasi ofisinin sözçüsü Amerikaya xəbərdarlıq edib ki, Əfqanıstanın daxili işlərinə müdaxilə etməsin. Bayden ABŞ qüvvələrinin Əfqanıstanı tərk etməsindən peşman olmadığını bildirərək deyib ki, ölkəni əfqanlar özü qorumalıdır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir