ABŞ Əfqanıstanda qətliamı davam etdirir: 7 uşaq qətlə yetirilib

BUSP-az.com TASS-a istinadən xəbər verir: Ağ Ev iddia edir ki, MKİ Kabildə pilotsuzla hücum əməliyyatı barədə Pentaqonu vaxtında məlumatlandırmayıb, nəticədə vurulan hədəf terrorçu yox, on nəfərlik ailə olub. 29 avqustda Kabildə həyata keçirilən əməliyyat ABŞ-ın Əfqanıstan xalqına nə qədər etinasız olduğunu bir daha təsdiqlədi.  Hellfire raketinin hədəfi olan  Toyota Corolla avtomobilində terrorçu yox, ailə olduğunu kimsə araşdırmayıb. Avtomobilə etibarsız məlumat əsasında atəş açılıb. İlk öncə əməliyyatda terrorçu olduğunu iddia edən Bayden sonda üzr istəməyə məcbur olub. General Kennet Makkenzi vurulan maşında on dinc sakinin, o cümlədən 7 uşağın olduğunu etiraf edib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir