ABŞ Əmirlikdə AES işə saldı!!

BUSP-az.com DW.com-a istinadən xəbər verir: İlk dəfə ərəb ölkəsində Atom Elektrik Stansiyası işə salındı. Əbu-Zəbidə ilk reaktorun açılışı keçirilib. “Gulf News” BƏƏ-nin baş naziri Məhəmməd bin Rəşid Əl-Məktuma istinadən xəbər yayıb. Əl-Məktum Twitter səhifəsində də Baraka AES haqqında post yerləşdirib. Əmirlik 4 AES işə salmaqla ölkənin enerji ehtiyacının dörddə birini təmin etməyi planlaşdırır. AES Fars Körfəzi sahillərində Əl-Qərbiyə regionunda, Əbu-Zəbidən 250 km aralıda inşa edilib. Əmirliyin AES işə salması dünyada nikbinliklə qarşılanmır. ABŞ-ın təhlükəli nüvə sənayesini də siyasi məqsədlər üçün istifadə etməsi narazılıq doğurur. Şübhə yoxdur ki, Əmirliyin elmi səviyyəsi nüvə texnologiyasından istifadəyə imkan vermir və bu layihə birbaşa ABŞ mütəxəssislərinin işidir. Qətər BƏƏ-də AES-in işə salınmasını bütün region üçün təhlükə adlandırıb. ABŞ üçün nüvə texnologiyası da silah satışı kimi siyasi maraqlara xidmət edir. İnkişaf etmiş İrana nüvə texnologiyasından dolayı sanksiya qoyan ABŞ-ın geri qalmış BƏƏ-yə xeyir-dua verməsi ekspertlər üçün təəccüblü deyil.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir