ABŞ əsgərinin yükü 1 kq da artdı!

BUSP-az.com ixbt.com-a istinadən xəbər verir: Pentaqonun yaydığı videoçarxda gecəgörmə binoklu (ENVG-B) nümayiş etdirilib. Bu cihazın əvvəlki gecəgörmə cihazlarından fərqləri tam açıqlanmır. Əvvəlki cihazlarda hədəf yaşılı rəngdə görünürdü. Sadəcə bu çarxla ABŞ hərbçisi dünyanın ən təchiz olunmuş hərbçisi kimi təqdim olunur. Ümumi götürdükdə, onsuz da yükü ağır olan ABŞ əsgərinin yükünə 1 kq da əlavə edilib. ENVG-B  binoklu 1 kq-dır! Yeni binoklun təqdim edildiyi videoçarx Twitter-də yerləşdirilib. Cihaz hələ ki hərbi sirr kimi saxlanılır. Amma bu cihazda görmənin kontrastını gücləndirən fosforlu boru olması bildirilir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir