ABŞ Açıq Səma Razılaşmasını tərk etdi

BUSP-az.com INTERFAX.RU-ya istinadən xəbər verir: ABŞ-ın Açıq Səma Razılaşmasını tərk etmək üçün təyin etdiyi müddət başa çatıb. Yarım il qabaq, 21 mayda ABŞ prezidenti Tramp bu qərarını elan etmişdi. Rusiya eksperti akademik Aleksey Arbatov bildirib ki, ABŞ-ın müqaviləni tərk edəcəyi gözlənilən idi, Rusiya avropa ölkələrinin iştirakı ilə müqaviləni qorumalıdır. O deyib: Tramp bu razılaşmada iştirak etmək istəmirsə istəməsin. Bu razılaşma öncə Avropaya aiddir.

Açıq Səma Razılaşması (The Treaty on Open Skies) 1992-ci il 24 martda Helsinkidə imzalanıb. Rusiya 2001-ci ildə müqaviləyə qoşulub. Müqaviləyə əsasən, üzv ölkələr hərbi əməliyyatları izləmək üçün bir-birlərinin səmasında uçuş həyata keçirə bilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir