ABŞ: Avropa ilə ticarət müharibəsinə fasilə!

BUSP-az.com BBC.com-a istinadən xəbər verir: ABŞ və Avropa İttifaqı tərəflər arasında ticarət müharibəsini 5 illik dayandırmaq barədə razılığa gəlib. 17 il öncə Boeing və Airbus-un subsidləri üzərində başlamış qarşıdurmanı Tramp tam miqyaslı müharibəyə çevirmişdi. Parmezan pendiri, viski, Harley Davidson motosikllərinin alış-verişinə son qoyulmuşdu. Çərşənbə axşamı günü artıq 3 mlrd dollar zərərlə müşayiət olunan müharibəyə fasilə vermək barədə razılaşma əldə edilib. Avropa İttifaqının ticarət komissarı Valdis Dombrovski deyib: Artıq bizim aradakı problemləri, mübahisəli məsələləri həll etməyə vaxtımız var. Bu göstərir ki, transatlantik münasibətlər yeni fazaya qədəm qoyur. İldə 1,1 trln dolları aşan ABŞ-Aİ ticarəti dünyada ən böyük ticarət mübadiləsi idi. Trampın Avropa ölkələrinə qarşı aqressiv siyasəti hər iki tərəfə ciddi zərbə vurub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir