ABŞ BMT-yə alternativ yaradır!

BUSP-az.com Reuters-ə  istinadən xəbər verir: Ağ Ev 9-10 dekabrda Demokratiya Alyansının sammitini keçirməyə hazırlaşır. Bayden bu ad altında öz müttəfiqlərini öz komandanlığı altında birləşdirmək istəyir. Hələ ki sammitə dəvət alacaq ölkələrin siyahısı rəsmən açıqlanmayıb. Şübhəsiz, bu siyahıda demokratiya yox, ABŞ-ın mənafelərinə qulluq edən ölkələr yer alacaq. Bayden əvvəlcədən elan edib ki, demokratiya Amerikanın milli maraqlarının kənarında qəbul edilir. Bu bəyanatı qarşıdakı sammitin tezisi saymaq olar. Bayden elan edir ki, dünyada demokratiya üçün təhlükə var. Əslində Amerikanın nüfuzu təhlükə altındadır. Demokratiyaya görə narahat olan şəxs Ərəbistan kimi diktator rejimlərlə müttəfiq olmazdı. Ən əsası yeni sammit BMT-ni səhnədən çıxarmaq məqsədi daşıyır. BMT hələ ki Amerikanın əmrlərinə yox demək iqtidarındadır. Görünür bu durum Ağ Evi razı salmır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir