ABŞ Çinin ayaqları altında

BUSP RİA-ya istinadən xəbər verir: Ekspertlər Amerikanın dünya liderliyini qoruya biləcəyini istisna edir. Hər halda ABŞ bu məqsədlə anti-Çin koalisiyası yaratmaq istiqamətində səylərini gücləndirir. Sabiq Çin lideri Mao zamanında demişdi ki, ABŞ Çinin inkişafını əngəlləyə bilməyəcək. Avropa əsri Avropanın qloballaşdırma layihəsinin ağırlığı altında başa çatıb. Çin dünya səhiyyəsinə liderliyi ələ alıb. ABŞ-ın Çinin təkərinə saldığı yeganə çubuq hazırda dollardır. ABŞ lider kimi qalmaq üçün Çinin fəth etdiyi zirvələrə çatmalıdır. Çin iqtisadiyyatı Avropanın qloballaşdırma siyasətinə qarşı çıxmadan dünya iqtisadiyyatını inhisara alır. Çinin ABŞ-la müqayisədə başqa imtiyazı siyasi hegemonluq iddiasında olmamasıdır. Çin hansısa ölkəni özünə tabe etmək, hərbi gücdən istifadə etmək fikrində deyil. Koronavirus fəlakəti Çinin doğrudan da ABŞ-dan irəli olduğunu dünyaya nümayiş etdirdi.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir