ABŞ Çinin qarşısında geri çəkilir

BUSP-az.com Aif-ə istinadən xəbər verir: Amerika Çinlə fövqəladə rabitə xətti yaratmaq qərarına gəlib. Bayden administrasiyası belə bir rabitənin qurulması üzərində işləyir. Ağ Ev istəyir ki, fövqəladə vəziyyət yarananda Bayden Çin rəhbəri Si Szinpinlə əlaqə saxlaya bilsin. Hərbi sahədə problemlərin müzakirəsi üçün Çin ordu komandanlığı ilə Pentaqon arasında belə rabitə olduğu vurğulanır. Sabiq Prezident Tramp Ağ Evi Rusiya, İran və Çin qarşısında acizlik göstərməkdə ittiham etmişdi. Bayden isə xüsusi rabitə kanalı istəməklə Trampı daha da qəzəbləndirdi.
Çin iqtisadiyyatının dünyaya hakim olması faktdır. Sənayenin ayrı-ayrı sahələrinə nəzarət edən ölkələr bir-bir sıradan çıxır, yerini Çinə verir. ABŞ istisna deyil. Çinin bu yürüşünün qarşısını sanksiya ilə almaq selə qarşı dayanmaqdır. Görünür Bayden komandası bunu dərk edərək Pekinlə ittifaq yolunu seçib. Hazırki vəziyyətdə ABŞ iqtisadiyyatını yalnız Çinin bir addım geri çəkilməsi ilə qorumaq olar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir