ABŞ-da əhali maskaları yandırır!

BUSP-az.com İZ-ru-ya istinadən xəbər verir: ABŞ-da yüzlərlə Aydaxo sakini hökumət binasının qarşısında aksiya keçirərək tibbi maskaları yandırıb. Əhali bu addımı ilə koronavirus məhdudiyyətlərinə etiraz edir. Aksiyaya uşaqlar da qatılıb. Maska taxılmamasının təhlükəli olduğunu bilən əhali əslində mövcud sosial durumdan narazıdır. İş yerlərinin ləğvi və ya müvəqqəti qapanması bütün Amerikada sosial durumu ağırlaşdırıb. Hökumət binası qarşısında maskadan tonqal alışdıranlar “Mən daha boğulmayacam” şüarı səsləndiriblər. Aksiyaçılar Baydenin şəkilini də yandırıb. ABŞ-da profilaktika mərkəzi bir yox, iki maska taxılmasının zəruri olduğunu bildirib. Hazırda ölkə ərazisində maska taxmaq vacibdir. Bayden artıq ABŞ-ın ÜST-ə qayıtması barədə fərman imzalayıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir