ABŞ-da 44 yaşlı dicey koronavirusdan ölüb

BUSP Inquisitr.com-a istinadən xəbər verir: Nyu-Orleanda koronavirusa yoluxmuş məşhur dicey ölüb. Black N Mild-in 44 yaşı vardı. Bu bir daha sübut edir ki, amerikalı gənclərin immun sistemi zəifdir və koronavirus başqa ölkələrdən fərqli olaraq Amerikada yaşı 50-dən aşağı olanların da həyatına son qoyur. Bir neçə gün öncə Black N Mild Facebook səhifəsində bildirmişdi ki, ondakı qrip yox, pnevmoniyadır. Amma koronavirusdan test verən diceyin virusa yoluxduğu təsdiqlənib.
Musiqiçinin əsil adı Oliver Stouksdur. Stouks Nyu-Orleanda ilk radio diceyi idi. Katrina tufanından sonra o Rhythm and Bounce şousunda fəaliyyət göstərib. Onun 4 uşağı vardı.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir