ABŞ-da koronavirusdan pul qazanırlar

BUSP AmericaRu.com-a istinadən xəbər verir: Amerikada tanınmış konspiroloq Aleks Consun (Alex Jones) koronavirusa qarşı diş məcunu (pastası) satması qalmaqal yaradıb. Cons insanları aldatmaqda, həyat üçün təhlükəli fəaliyyətdə ittiham edilir. Cons iddia edir ki, onun gümüşü diş pastası koronavirusu öldürmək gücündədir. InfoWars-ın sahibi məhsulun federal xidmət tərəfindən yoxlandığını iddia etsə də FDA COVID-19-a qarşı heç bir dərman vasitəsinin qeydə alınmadığını bildirib. HuffPost xəbər verir ki, Cons öz radioşəbəkəsində deyib: Patentləşdirilmiş nanogümüş Pentaqon və Milli Təhlükəsizlik Xidməti tərəfindən koronavirus ailəsindən bütün virusları öldürən vasitə kimi tanınıb.
Adı çəkilən təşkilatlardan heç biri Consun iddiasını təsdiqləmədiyindən gümüşü pasta ixtiraçısı həbsə alınıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir