ABŞ-da məişət zəminində atışmalar davam edir!

BUSP-az.com RBC.ru-ya istinadən xəbər verir: Amerikada Corciya ştatında De-Kalb dairəsində alıcı tibbi maska ilə bağlı mübahisə zəminində supermarketin xanım kassirinə odlu silahdan atəş açıb. 30 yaşlı Viktor Li Taker kassir qadının maska tələbindən sonra əvvəlcə mağazanı tərk edib. Amma çox çəkməyib ki, geri qayıdıb və qadını güllələyib.

Amerikada artıq küçə və meydanlarda silahsız adamla rastlaşmaq çətindir, xalq təpədən-dırnağa silahlanıb. Təbii ki, silah varsa işə düşəcək. Gənc amerikalının kassir xanıma atəş açmasının da ilk səbəbi əhalinin silahlı olmasıdır. Ölkədə əksər ştatlara hakim olan kriminal durum silaha maraqlı olmayanları da silah gəzdirməyə vadar edib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir