ABŞ-da qətl və intiharlar çoxalır

BUSP-az.com AmericaRU.com-a istinadən xəbər verir: Bu dəfə ABŞ-ın Virciniya ştatında bir neçə ay öncə anası və 6 yaşlı qardaşını qətlə yetirən Levi Norvudun atası Coşua Norvudun cansız bədəni evində tapılıb. Onun intihar etmiş ola biləcəyi araşdırılır.

Fevral ayında Şimali Karolinada baş vermiş hadisədə 17 yaşlı yeniyetmə anası və qardaşını odlu silahla qətlə yetirib, atasını yaralamışdı.

Qətl törətmiş gənc Toyoto Camry markalı maşın oğurlayaraq polisdən qaçsa da, onu bir mağazaya basqın zamanı həbs etmişdilər.

Amerikada qətlləri araşdıran ekspertlər belə hadisələri gənclərdə psixoloji tarazlığın olmaması ilə əlaqələndirir. Dəhşət filmləri, narkotika, əxlaqsızlıq yeniyetmə və gənclərə xəyali qanqster həyatı yaşadır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir