ABŞ-da respublikaçı-demokrat qarşıdurması güclənir

BUSP-az.com TASS-a istinadən xəbər verir: Kapitolinin kənarında yanvar hücumuna dəstək aksiyası keçirilib. Vaşinqtonda baş tutmuş aksiyada 6 yanvarda tutulmuş 600 aksiyaçının təqibinə son qoyulması tələb edilib. Həbsdə olanlarla qəddar rəftar edilməsi, onların işgəncəyə məruz qalması ilə bağlı iddialar səslənib. Aksiya fəalları Kapitoli aksiyalarının davam edəcəyini bildirib.

Aksiyalarda qarşıdurma yaranmayıb. Tam silahlanmış polis dəstələrinin aksiyaçılardan qat-qat çox olduğu müxbirlərin diqqətindən yayınmayıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir