BUSP BigPicture.ru-ya istinadən xəbər verir: Amerikada “Etsy” onlayn-mağazası sovet dövrünün tualet kağızlarını satmağa başlayıb. Bu Amerika üçün rüsvayçılıqdır: Defisit Trampı məcbur edib ki, soyuq müharibə dövrünün ehtiyatlarını bazara çıxarsın. Bir zaman qəpik-quruşa olan tualet kağızına 19 dollar qiymət qoyulsa da, müştərilərin tualet kağızı ehtirasını yatırtmaq mümkünsüz olub.
Amerikada koronavirusla bağlı ciddi böhran yaşanır. Əhali mağazalara hücum çəkib olub-qalan ərzağı evə daşıyır. Adətən qablaşdırılmış, konservləşdirilmiş ərzaqlardan istifadə edən Amerikada qıtlıq qaçılmazdır. Epidemiya ilə bağlı istehsal sahələri dayandığından dükanlarda piştaxtalar boşalıb.