ABŞ dünyaya yol göstərə bilməz!

2018-ci il 20 apreldə ABŞ hökuməti “2017-ci ildə insan haqları” barədə hesabat yayıb. Hesabatda Amerikanın imperialist siyasətinə qarşı olan ölkələr: Rusiya, Çin, İran, Suriya, Şimali Koreya hədəfə alınıb. Bu hesabat ABŞ hökumətinin insan haqları ilə bağlı 42-ci hesabatı olub.
Maraqlıdır ki, Amerikanın hər il belə bir hesabat hazırlamasını hansı beynəlxalq təşkilat istəyib? ABŞ insan haqlarının ən çox pozulduğu ölkələrdəndir. Belə hesabatın bir səbəbi də Vaşinqtonun diqqəti özündən yayındırmaq istəyi ola bilər. ABŞ dövlət departamenti öz vətəndaşlarının pozulan hüquqları əvəzinə bu ölkənin maraqlarına xidmət etməyən ölkələrdə pozulan vətəndaş hüquqları barədə hesabat hazırlayır. Özünü dünya polisi kimi aparan Amerika həm müxtəlif bəhanələrlə ölkələrə ordu yeridir, həm də öz vətəndaşlarını yada salmadan başqa ölkə vətəndaşlarının müdafiəsinə qalxır. Bu addımlar ikili standartlar əsasında atılır. Diktator Səudiyyə Ərəbistanı Amerikanın ən yaxın strateji müttəfiqlərindəndir. Vaşinqton hətta 21 əsrin cinayəti sayılacaq bir cinayəti ört-basdır edir. Camal Qaşıqçının Ərəbistan tərəfindən görünməmiş vəhşiliklə qətlə yetirilməsi Ağ Evi narahat etmir.

Çin və Rusiya ABŞ-ın dünyada insan haqları ilə bağlı hesabatını qanuni və obyektiv sənəd saymır. BMT-də müxtəlif ölkə təmsilçiləri dəfələrlə Amerikanı bu hesabat oyunundan çəkinməyə dəvət edib.
Amerikada insan haqları müxtəlif aspektlərdən, müxtəlif müstəvilərdə pozulur. Diqqəti çəkən sahələrdən biri yerli xalqların, afroamerikalıların pozulan hüquqlarıdır. Bu sadəcə hüquq pozuntusu deyil, irqçilik, diskriminasiya, soyqırımıdır.
1830-cu ildə “hinduların köçürülməsi haqqında” faciəli bir qanun qəbul olundu. Bu qanun yerli hinduları geniş ərazilərdən məhrum etdi. Hazırda Amerikada cəmi üç milyon hindu qalıb və onlar əvvəlkindən daha sərt irqçiliklə üzbəüzdürlər.
Amerikada özünü qabarıq göstərən hüquq pozuntularından biri mühacirlərə aiddir. Human Rights Watch təşkilatının hesabatına əsasən, 2013-cü ildə yüzlərlə miqrant zorakılıqla üzləşib. Bu mühacirlər qanunsuz gəlişlərinə görə həbs olunmaqdan qorxaraq acınacaqlı durumlarından şikayət də etməyib. Statistikaya əsasən, 2013-cü ildə Amerikada 25 milyon nəfər miqrant olub. Onların 11 milyonu qanunsuz gələnlərdir.
Amerikada irqçilik və gender diskriminasiyası insan haqlarının pozulmasında aşkar və qədim hallardır. Qaradərili və qırmızıdərililərə – afroamerikalı və hindulara qarşı diskriminasiya ümumölkə problemlərindəndir. Amerikada irqi və cinsi diskriminasiya bu ölkənin tarixi ilə sıx əlaqəlidir, koloniyalar dövründən qaynaqlanır. Məhkəmədə, iqtisadiyyatda, səhiyyədə, təhsildə, polis sistemində irqi ayrıseçkilik təsadüfi xarakter daşımır.
Amerikada qadın və kişilər arasında hüquq bərabərliyi barədə şüarlar dünyanı bürüsə də, hər addımda ayrıseçkilik müşahidə edilir. Amerikada kişilərin 16 faizi bu gün də qadınların döyülməsini kişilərin haqqı sayır. Ölkədə və orduda seksual zorakılıq Amerikanın faciəli durumundan danışır. ABŞ Uşaq hüquqları haqqında konvensiyanı imzalamaqdan imtina etməklə 2013-cü ildə Somali, Cənubi Sudanla bir qrupa daxil olub. Hər üç ölkə konveksiyanı imzalamayıb.
Amerikada afroamerikalılar, qaradərililərin diskriminasiyası 17-ci əsrdə bu ölkənin reallığına çevrilmiş qul alveri ilə start götürür. Qaradərili Barak Obamanın prezident seçilməsi ümid yaratmışdı ki, irqi ayıseçkilik problemi həllini tapacaq. Amma həmin dövrdə də rasizmin inkişafı tormozlanmadı. Ölkədə qəbul olunan rasist qanunlar həmişə hüquq müdafiəçilərinin etirazına səbəb olub.
İctimai fəallar hesab edir ki, irqçilik polis sistemində daha güclüdür. Əhalinin 13 faizi qaradərili olsa da, onların varlanmaq, təhsil almaq, ölkənin ictimai-siyasi həyatında iştirak etmək imkanları sıfra yaxındır. Ölkədəki problemlərinsə yarıdan çoxu qaradərililərin payına düşür. Statistika göstərir ki, 2 milyon üç yüz min məhbusun bir milyona yaxını qaradərilidir.
Polis amansızlığının böyük bir hissəsi qaradərililərin payına düşür. Beləcə, özünü insan hüquqlarının xaç atası sayan Amerikada ən geri qalmış ölkələrdən daha çox hüquq tapdanır.
Trampın hakimiyyətə gəlişi ilə ABŞ-da irqçilikdə tarixi sıçrayış baş verib. Amerikalı ictima fəal Robert Fontina Trampı rasist adlandırıb, onun dövründə diskriminasiyanın gücləndiyini bildirirb. İrqi ayrıseçkiliklə mübarizə idarəsi olan CERD təşkilatı Trampı öz irqçi siyasətlərindən çəkinməyə çağırmışdı. Sabiq prezident bu çağırışlara, tənqidlərə, ittihamlara zərrəcə əhəmiyyət vermirdi.

Amerikada cinayəti genişləndirən əsas faktor asan silah əldə etmək imkanıdır. Bu xalq silah satışında məhdudiyyət olmadığından təpədən dırnağa silahlanıb. Amerikada cinayətkarlıq digər inkişaf etmiş ölkələrdəkindən iki dəfə artıqdır. Ölkədə 300 milyon şəxsi silah var. İldə 30 min insan odlu silahla qətlə yetirilir. Buna baxmayaraq silah satışından gələn böyük gəlir siyasətçiləri susdurub. Silah istehsalçılarının ABŞ Konqresində güclü lobbisi var. Ölkədə odlu silahla qətllərin artması hakimiyyətin mövqeyi ilə sırf əlaqəlidir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir