ABŞ etibarlı siyasi sığınacaq deyil

BUSP Ria.ru-ya istinadən xəbər verir: Dünyanın əksər ölkələrində siyasi baxışlarına görə fəaliyyəti məhdudlaşdırılan, təqib olunan insanlar var. Belə siyasilər adətən başqa ölkələrə mühacirət edir, siyasi sığınacaq alır. Amerika tarixi göstərir ki, ABŞ etibarlı siyasi sığınacaq deyil. Vaşinqton adətən dünya ölkələrinə təzyiq üçün müxalif liderlərə sığınacaq verir və istifadə vaxtı bitdikdən sonra bu adamları nəinki ölkəsinə qaytarır, hətta onlara qarşı sanksiya tətbiq edir. Tarixdə Amerikaya İran şahı Pəhləvi qədər xidmət göstərən olmamışdı. Amma ABŞ istifadə müddəti bitmiş şaha sığınacaq da vermədi. Bu gün eyni siyasət davam edir. Ria xəbər verir ki, moldaviyalı siyasətçi və oliqarx Vladimer Plaxotnyuka qarşı sanksiya tətbiq olunub. Plaxotnyuk bir müddət öncə Amerikaya sığınmışdı. Pompeo elan edib ki, moldav biznesmen korrupsioner fəaliyyətlərinə görə sanksiya siyahısına salınıb. Əslində o da istifadə müddəti başa çatmış minlərlə siyasidən biridir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir