ABŞ: Feministlər pandemiya qadağasını pozdu!

BUSP-az.com G-Ameriki.com-a istinadən xəbər verir: Ötən şənbə günü Amerika şəhərlərində feminist qadınlar pandemiya məhdudiyyətlərini pozaraq aksiya keçirib. Aksiya Trampın prezident seçilməsinə, konservator Emi Koni Barretin ali hakim postuna təyinatına etiraz üçün baş tutub. Qadın Marşı adı altında keçirilən aksiya liberal demokratları feministlərin, LGBT-nin, abortun himayəçisi kimi dəyərləndirir. Hər il keçirilən Qadın Marşı aksiyasında bu il qat-qat az adam iştirak edib. Aksiyaya qatılmayanlara 5 mln mesaj mətni göndərilib ki, 3 noyabrda seçkilərə gəlsinlər. Aksiyaçılar Co Bayden və Kamala Harrisin şəkilləri olan plakatlar qaldırıb. Ölkədə Baretə dəstək aksiyaları da olub. Barett aborta qarşı olduğundan feministlər onun aborta məhdudiyyətlər tətbiq edəcəyindən ehtiyatlanır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir