ABŞ: Fırıldaqlar ölkəsi

Dünya uydurma nüfuz sayəsində Amerikada insan haqlarına, güclü iqtisadiyyata, yüksək texnologiyaya inanır. Müasir ABŞ tarixi ilə səthi tanışlığı olanlar bütün bu statuslar arxasında yalan dayandığını gözəl anlayır. Bu məqalədə Amerikada böyük fırıldaqçılıq nümunələrindən birini yada salırıq.
Amerikada ən gənc qadın-milyarder mühakimə olunur. Onu yaxın zamanlara qədər Amerika xəyallarının canlı əfsanəsi adlandırırdılar. 37 yaşlı Elizabet Holmsu 20 il həbs gözləyir. O, investorları aldatmaqda ittiham olunur.
Bu mühakimə Bill Qeyts, Stiv Cobs, Mark Zukerbergin bioqrafiyasını yada salır. Sadəcə indi qadından söhbət gedir.
Stenford Universitetinə qəbul olan Holms bir il sonra universiteti atır. O, dünyanı dəyişmək arzusundadır, auditoriyada ömrünü çürütmək istəmir. Holms inqilabi texnologiya yaratmaq barədə düşünür.
Elizabet uşaqlıqda iynə vurdurmaqdan çox qorxurdu. Buna görə də qanın diaqnostikasını dəyişməklə bu prosesi ağrısız etmək istəyirdi. Barmağın ucundan götürülən bir damla qanla bütün orqanizmi diaqnostika etmək olardımı?
Elizabet 2003-cü ildə Kaliforniyaya gedir, orada şəxsi startapı Theranos kompaniyasını qeydiyyatdan keçirir. Onun otağında Stiv Cobsun şəkli asılmışdı. Qara geyindiyi üçün jurnalistlər onu “yubkada Stiv Cobs” adlandırırdılar. İş müəyyən mərhələyə çatanda Holms Apple-nin dizaynerlərini işə götürdü. O öz inqilabi qadjetini iPhone-a bənzətmək istəyirdi.

Elizabetin daxil olduğu sahənin akulaları onu izləyirdi. Holms 10 il ərzində 700 mln dollar investisiya cəlb etdi, onun kompaniyasının qiyməti 9 mlrd-ı aşdı. Bu pulun 4,5 mlrd-ı xanım biznesmenin şəxsi pulu idi. Time jurnalı 2015-ci ildə onun siyahısında dünyanın 100 nüfuzlu adamının adını çəkirdi. Startapa maraq artırdı. Pupert Merdok, Karlos Slim, Bill Klinton, Cozef Bayden Uolton ailəsi Elizabetin pərəstişkarları sırasında idi. Direktorlar şurası iki sabiq dövlət katibini – Henri Kssincer və Corc Şultsu çevrəyə cəzb edə bilmişdi. Hamı EDİSON adlanan sehrli cihazın intizarında idi. Edison heç bir ağrısız, bir damcı qanla insan orqanizmini oxumalı idi. Bu cihazın artıq orduda sınaqdan keçdiyi deyilirdi.
Ən mübhəm nöqtə Theranos şirkətinin fəaliyyətlərinin gizli saxlanılması idi. Şirkətin əməkdaşları bu barədə öhdəlik imzalayırdılar, hər şey gizli saxlanılmalı idi. Elizabetin prezident postunu etibar etdiyi köhnə tanışı Rameş Balvani konfedensiallığa cavabdeh idi. Bir damcı qanla bu qədər analizin aparılması əksəriyyəti düşündürürdü. Şirkət heç bir jurnalda elmi məqalə nəşr etmirdi. Bu iş içində pipetkalar olan gözəl qutunu xatırladırdı.

2015-ci ildə The Wall Street Journal-da gedən məqalə partlayışa səbəb oldu. Jurnalist Con Karreyru kompaniyanın işini araşdırırdı. Jurnalist artıq əmin olurdu ki, layihənin birinci mütəxəssisləri onun nəticəsinə tərəddüdlə yanaşır. Karreyru belə bir informasiya əldə etdi ki, analizlər Edison cihazında yox, çox adi Siemens kimi analizatorlarla aparılır. Ən əsası bir damcı qan bütün analizləri başa vurmaq üçün bəs etmirdi. Beləcə Edison vəd olunun 240 analiz əvəzində cəmi 15 analiz apara bilirdi. Həm də bu 15 analizdə başqa analizatorlardan istifadə edilirdi. Sonradan məlum oldu ki, bəzi testlər hətta pasientlərin sağlamlığı üçün təhlükəli olub. Pasientlərdə daxili qanaxma təhlükəsi yaranıb. Beləcə, 700 mln dollar investisiya yatırılmış inqilabi cihaz pipetkalarla dolu gözəl qutudan dəyərli olmadı. Karreyru bu barədə sonradan “Bir startapın sirri” kitabında yazırdı. Bu arada jurnalist Elizabetin nüfuzlu dostlarının zərbələrindən yayınmalı oldu.
2016-cı ildə prokurorluq Theranos kompaniyasının işlərini araşdırmağa başladı. Elizabet kosmik qazanc vədləri ilə 2014-cü ildə 100 mln dollar investisiya toplamışdı. O investorları cəlb etdiyi zaman Müdafiə Nazirliyi ilə əməkdaşlıq etdiyini vurğulayırdı. Hansı ki, nazirlik bunu inkar edir.
2018-ci ildə Qiymətli kağızlar komissiyası Holms və Balvanini investorları aldatmaqda ittiham etdi. Bu iki şəxs həm də intim münasibətdə olduqlarını direktorlar şurasından gizləmişdilər. Elizabet 500 min dollar cərimə ödədi və kompaniyanın bütün aksiyalarından məhrum edildi. Ona on il bizneslə məşğul olmaq qadağan edildi. Hazırda hər iki şəxsi 20 il həbs gözləyir.
Fırıldaqçılar ittihamları rədd edir. Elizabet hazırda mühakimə olunur, Balvani 2022-ci ildə mühakimə ediləcək.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir