BUSP Forbes-ə istinadən xəbərt verir: Amerikanın göyərtəsində 5 min dənizçi olan aviadaşıyıcısında koronavirusa yoluxanların sayı 777 nəfərə çatıb. ABŞ hərbi-dəniz qüvvələrinin yaydığı bəyanata əsasən, artıq xəstəlik bütün gəmini bürüməkdədir. Gəmi heyəti tibbi müayinədən keçib və 777 nəfərdə virus aşkarlanıb. Theodore Roosevelt gəmisində COVİD-19 epidemiyası böyük qalmaqala çevrilib. Gəmidə cəmi 5 nəfər virusa yoluxduğu zaman kapitan hökumətə müraciət edib, gəminin karantinə saxlanmasını istədi. Bundan qəzəblənən Tramp kapitanı istefaya göndərdi.
Koronavirusa yoluxma siyahısına liderlik edən Amerikada Trampın Theodore Roosevelt aviadaşıyısına ögey münasibəti orduya xəyanət kimi dəyərləndirilir.