ABŞ-ın əsas hədəflərindən biri Rusiyadır

BUSP-az.com Russian.rt.com saytına istinadən xəbər verir: ABŞ milli iqtisadiyyatının maraqlarına zidd addım atan dünya ölkələrinə təzyiqlərini davam etdirir. Bu dəfə Meksika Vaşinqtonun qəzəbinə tuş gəlib. Rusiyadan hərbi helikopter almaq istəyən Meksika da sanksiyalarla hədələnib. Ağ Ev hərbi helikopterlərlə bağlı mövqeyini Meksika rəhbərliyinə çatdırıb. Bu barədə Meksika dövlət departamentinin nümayəndəsi Uqo Rodriqesə istinadən xəbər verilir. Rusiya xarici işlər naziri Sergey Lavrov helikopterlərlə bağlı Meksika rəhbərliyinə məktub ünvanlandığını bildirib. Tramp isə hakimiyyətə gəldiyi gündən beynəlxalq qanunlar, dünya ictimaiyyəti ilə hesablaşmır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir