ABŞ-ın dünya jandarmı olmaq arzusu…

BUSP-az.com Ria.ru-ya istinadən xəbər verir: Rusiya Federasiyasının Dövlət Dumasının Komitə Sədri Leonid Sluski Amerikanın dünya jandarmı olmaq planlarının boşa çıxdığını bildirib. Sluski deyib: Amerikanın beynəlxalq hüquq sistemini dəyişmək, dünya jandarmı olmaq istəyi ürəyində qaldı. Bütün institutları dəyişmək, yüz illər boyu formalaşmış beynəlxalq sistemləri ləğv etmək planları alt-üst oldu.

YouTube-də Şəxsi Münasibətlər proqramında danışan Sluski Rusiya və Çinin bu imperialist planlara mane olduğunu deyib. Amerikanın dünyada tək qütb olmaq təlaşlarına bir çox dövlətlər müqavimət göstərir. Əvvəlcə hərbi qüvvə, sonra sanksiyalarla dünyanı özünə tabe etmək istəyən Vaşinqton hazırda ölkə daxili və xarici siyasətdə ciddi böhran yaşayır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir