ABŞ-ın iqtisadi təzyiq tarixindən

BUSP TheGuardian-a istinadən bildirir: Birləşmiş Ştatlar tarix boyu öz siyasətlərini başqa ölkələrə diktə etmək üçün iqtisadi rıçaqlardan istifadə edib. Bu gün Amerikanın ən yaxın müttəfiqləri, o cümlədən Avropa ölkələri Vaşinqtonun iqtisadi siyasətindən narazıdır. Tramp amansız gömrük rüsumları ilə dünya iqtisadiyyatını iflic etməyə çalışır. Amma bu siyasət ABŞ tarixində yeni hadisə deyil. 1930-cu il 17 iyunda ABŞ prezidenti Herbert Huverin imzaladığı gömrük tarifləri haqqında qanuna əsasən 20 mindən artıq məhsulun gömrük rüsumu artırılmışdı (Houli-Smut qanunu). Qanuna qarşı 1028 tanınmış ABŞ iqtisadiyyatçısı etiraz etmişdi. Başqa ölkələr cavab olaraq ABŞ mallarına rüsumu artırırdı. Fransa, Kanada, Almanya, Böyük Britaniya, Sovetlər İttifaqı öz aralarında iqtisadi münasibətləri genişləndirməklə Vaşinqtonun mənafepərəst siyasətinə cavab verirdilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir