ABŞ-ın mənafeyinə xidmət edən əfqanlar Amerikaya köçürülür!

BUSP-az.com Americaru.com-a istinadən xəbər verir: Bayden administrasiyası Amerikanın mənafeyinə, öz xalqına qarşı fəaliyyət göstərən əfqanlara vəd edir ki, onları Amerikaya köçürəcək. Bu vəd sübut edir ki, ABŞ-ın Əfqanıstan planları alt-üst olub və Amerikada əfqan müxalifəti yaradılacaq. 31 avqusta qədər bütün ABŞ hərbçiləri Əfqanıstanı tərk etməlidir. Bu işğalçı qüvvələrə illər uzunu xidmət etmiş əfqanların həyatı təhlükədədir. Şübhəsiz ki, ABŞ-a işləyənlər bir gün mühakimə ediləcək. Taliban hökumətin nəzarətində olan yerləri ələ keçirdiyi bir vaxtda ABŞ hərbçilərinin bu ölkəni tərk etməsi acizliyin son həddidir. Amerikapərəst əfqanların köçürülməsi əməliyyatı Operation Allies Refuge adlanır. Amma ABŞ-a xidmət edən bütün əfqanlara sığınacaq veriləcəyi inandırıcı görünmür. ABŞ adətən siyasi müxalifət formalaşdırmağa yararlı xariciləri himayə edir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir