ABŞ-ın Suriyada növbəti cinayəti

BUSP-az.com Ria.ru-ya istinadən xəbər verir: Amerika hərbçiləri Suriyaya desant endirərkən üç dinc sakini qətlə yetirib. Hadisə Amerikanın nəzarət etdiyi Deyr-əz-Zorda baş verib. Əş-Şuxeyl kəndində vertolyotdan düşən hərbçilər evlərə, əkin sahələrinə atəş açıb.

ABŞ hərbi qüvvələri Suriyanın şimalı və şimal-şərqində neft və qazla zəngin məntəqələri qeyri-qanuni olaraq nəzarətdə saxlayır. Suriya hökuməti ABŞ ordusunun hüzurunu işğal kimi dəyərləndirir və ərazinin azad edilməsini tələb edir. Rusiya xarici işlər naziri Lavrovla Suriya xarici işlər naziri Feysəl Mikdadın görüşündə nazirlər müştərək bəyanat verərək Amerika qüvvələrinin Suriyadan çıxmasını tələb edib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir