ABŞ İran diplomatlarına təzyiq göstərir

BUSP-az.com Sputnik-ə istinadən xəbər verir: Rəsmi Tehran Vaşinqtonu beynəlxalq məhkəməyə verməyi planlaşdırır. Səbəb Amerika ərazisindəki BMT kimi beynəlxalq təşkilatlarda İran diplomatlarının fəaliyyətinə mane olunması, diplomatların ailələri üçün təhlükə törədilməsidir. Bu məsələ İran Xarici İşlər Nazirliyinin təmsilçisi Səid Xətibzadənin bəyanatında yer alıb. BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi təşkilatlar ABŞ-ın nüfuz dairəsindədir. İran mövzu ilə bağlı notanı Amerikanı Tehranda təmsil edən İsveçrə səfirliyinə təqdim edib. Amerika təkcə İran yox, onun siyasətinə boyun əyməyən, müstəqil siyasət yürüdən bütün ölkələrin diplomatlarına maneçilik törədir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir