ABŞ kəşfiyyatı Çini izləmək üçün xüsusi mərkəz açır

BUSP-az.com Bloomberg-ə istinadən xəbər verir: Amerika Birləşmiş Ştatları yarandığı gündən dünya ölkələrindən maksimum faydalanmaq layihələri həyata keçirir. Hakimiyyətə amerikayönlü komandalar gətirilir, adı milli olan belə hökumətlər ABŞ-ın mənafelərinə işləyir. Bu istiqamətdə əsas pul yatırılan sahə kəşfiyyatdır. Amerikanın müxtəlif ölkələrdəki səfirlikləri birmənalı olaraq casusluq fəaliyyəti ilə məşğuldur. Amma müxtəlif sahələrdəki casusluq fəaliyyətlərinə MKİ-nin xüsusi bölmələri nəzarət edir.

Bu dəfə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi yalnız Çini izləməklə məşğul olacaq mərkəz açır. Yeni bölmə daha masştablı heyətlə Şərqi Asiya və Sakit Okean hövzəsi üzərində işləyəcək. MKİ-də belə təyinatlı mərkəzlər mövcuddur. Həmin mərkəzlər əks-kəşfiyyat, antiterror fəaliyyətlərlə məşğul olur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir