ABŞ məhsullarının baykotunun maraqlı səbəbi

BUSP NYpost.com-a istinadən bildirir: ABŞ hegemon ölkədir və öz siyasətlərini dünyaya diktə edir. Amerika başçıları başqa ölkə başçıları ilə görüşdə özlərini iddialı aparır, qarşı tərəfi kiçildir. Bunu təsdiqləyən nümunələr çoxdur. Xüsusi ilə ABŞ-ın qalmaqallı prezidenti Trampın görüşlərində kobudluq və saymamazlıq faktları saysız-hesabsızdır. Yaxın keçmişdə kanadalıların ABŞ məhsullarını baykot etməsi də məhz bu zəmində idi. Səbəb Trampın Kanadanın baş naziri Castin Trüdonu aşağılaması idi. Tramp Trüdonu hədələməkdən də çəkinməmişdi. Trüdonun yeganə təqsiri Amerikanın Kanada mallarına tətbiq etdiyi gömrük rüsumunu ağılasığmaz həddə artırması idi. Nəticədə kanadalılar Amerikanın bir çox məhsullarından, o cümlədən Starbucks, Walmart və McDonalds brendlərindən imtina etdi.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir