ABŞ məhsullarının boykotu sərgisi

BUSP ParsToday-ə istinadən xəbər verir: Birləşmiş Ştatlar öz ekspansionist siyasətlərini həyata keçirmək üçün iqtisadi təzyiqlərdən faydalanır, eyni zamanda brend məhsulların dünya ölkələrində satışından gələn gəlirdən elə bu ölkələrə ideoloji və hərbi təcavüz üçün istifadə edir. Vaşinqtonun hər gün güclənən təzyiqləri qarşısında bu ölkələrin müqavimət metodlarından biri Amerika məhsullarının boykot edilməsidir. Bu sahədə boykot sərgilərinin təşkil olunması faydalıdır. Həmin sərgilərdə ölkə iqtisadiyyatında liderliyi ələ alımış brend ABŞ məhsulları təqdim olunur, eyni zamanda onların zərərli təsirləri, nöqsanları ziyarətçilərə çatdırılır.
Yəmən Ənsarullah hərəkatının üzvü Fazil Möhsin əl-Şərqi Yəməndə təşkil olunmuş boykot sərgisində müxbirlərə deyib: İqtisadi sanksiyalar düşmənə zərbə üçün effektiv alətdir. ABŞ və sionist rejimin regiondakı dağıdıcı siyasətlərinə bu yolla cavab verə bilərik.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir