BUSP Forbesə istinadən xəbər verir: Amerikalı milyarderlər koronavirus pandemiyasından 283 milyard dollar qazanıb. Araşdırma cəmi 23 günü əhatə edir. 23 gün ərzində 283 milyard qazanc əldə etmək normal biznesdə asan deyil. Araşdırma aparan Siyasi Analitika İnstitutu bildirir ki, amerikalı milyarderlərin sərvəti 10 faiz artıb. Hansı ki, həmin müddətdə 22 milyon amerikalı iş yerlərini itirib. Səkkiz milyarder: Ceff Bezos, İlon Mask, Makkenzi Bezos, Erik Yuan, Stiv Ballmer, Con Albert Sabrato, Coşua Harris, Rokko Kamisso 23 günə 1 milyard dollar qazanıb. Pandemiya günlərində evdən çıxmayanların Amazon Primenin xidmətindən istifadə etməsi Ceff Bezosa böyük qazanc gətirib.